Bu maraqlıdır!

Bəşər tarixində ən qısa müharibə

Bilirsinizmi ki, tarixdə ən qısa müharibə cəmi 38 dəqiqə davam edib? Bu müharibə 1896-cı il avqustun 27-də İngiltərə və Zənzibar sultanlığı (1964-cü ildən Zənzibar sultanlığı Afrikada Tanzaniya Birləşmiş Respublikasının tərkibinə daxildir) arasında baş verib.
 
 
Münaqişəyə Zənzibarın yeni sultanı, Xalid ibn Barqaşın Böyük Britaniya ilə əlaqələri kəsərək Almaniyaya yaxınlaşması səbəb olub. Bu qərar ingilisləri qane etmədiyindən Böyük Britaniya Zənzibar sultanlığına ultimatum verərək təslim olmağı tələb edir. Qarşı tərəf bu ultimatumu qəbul etmir və müharibəyə hazırlaşır.
 
 
Sultanlığın ordusu cəmi 2800 nəfərdən, dəniz donanması isə bir gəmidən ibarət idi. İngilislər bu müharibədə çətinlik çəkmədən qalib gəlirlər. 38 dəqiqə ərzində Zənzibar tərəfindən 570 əsgər həlak olur. 
 
 
Bu müharibə Ginnesin rekordlar kitabında bəşər tarixində baş vermiş ən qısa müharibə kimi qeydə alınıb.