Bu maraqlıdır!

Qazaxıstanın “Oxuyan qum təpələri”

Qazaxıstanın Altın-Emel təbiət qoruğunun ərazisində yerləşən “Oxuyan qum təpələri” ən nadir təbiət hadisələrindən biridir. Akkum-Kalkan (Qazaxıstan dilində tərcümədə "oxuyan qum") 7 yeni təbiət möcüzəsindən biri sayılır. 


Bu təbiət fenomeni Almatıdan 182 km məsafədə olan İle çayının sağ sahilində yerləşir. Barxan demək olar ki, 3 km uzunluğuna və 150 m hündürlüyə çatır. Böyük və Kiçik Kalkan dağları arasında bir neçə kilometr uzanır. 


Uzun müddətdir ki, elm adamları bu hadisənin hansı səbəbdən baş verdiyini öyrənirlər. Alimlər bu hadisəni məhz havanın kifayət qədər quru olduğu zaman, qumların yavaşca aşağı sürüşərkən “qum sürtünməsinin” təsiri nəticəsində meydana gəlməsi ilə əlaqələndirirlər. Sürtünmə nəticəsində orqan musiqi alətinin musiqisinə bənzər bir vibrasiyalı səs yaranır. Bu prosesdə daha çox qum yığını olduğunda, səs daha güclü olur.


Oxuyan qum təpələri ilə bağlı bir çox əfsanə belə var. Orta əsrlərdə, mahnı oxuyan qumu eşitmiş insanlar, bu səsin səhra şeytanının səsi olduğuna inanırdı. Rəvayətə görə, şeytan insanları incidir və bu hərəkəti ilə qüdrətli Tanrını qəzəbləndirir. Tanrı Şeytana ildırım sürətində hərəkət etməyə mane olur, buna görə də Şeytan iməkləyə-iməkləyə dağın zirvəsində yerləşən evinə tərəf getməyə çalışır. İle çayından keçərək, şeytan yorulur və təpənin üstündə yatmağa qərar verir, lakin onun günahlarının yükü o qədər böyük olur ki, o, hələ də yuxadadır, üstünü də qum örtüb. Hərdən onun sinəsindən səs çıxır  və bu məhz “o səs”dir.


Yerli sakinlər hətta turistlər, oxuyan barxanları eşitmək üçün quru havada bu əraziyə üz tuturlar.