Bu maraqlıdır!

Ətir Arıları

Gözəl və rəngarəng arı növü olan Ətir arıları (həmçinin Orxideya arısı) Amerikanın tropik bölgələrində yaşayır. Orxideya gülünün tozlanmasında böyük rol oynadığı üçün adı bu cür adlanır. Orxideya arısının iki yüzdən çox növü məlumdur, ən böyüyü Euglossa cinsidir.


Ətir arılarının digər arılardan fərqli uzun xortumunun olmasıdır. Xortumun köməyi ilə arı orxideya gülünün dərinliklərində gizlənən nektarı çıxara bilir.  Lakin bu arıları orxideya gülünə yalnız nektar cəlb etmir. Ətir arıları, adından da bilindiyi kimi, ətir (aroma) düzəltmək qabiliyyətinə malikdilər.


1960-cı ildə bioloqlar Euglossa arısının erkək fərdlərinin tez-tez nektarı bitmiş orxideya güllərinə qonduğunu müşahidə etdilər. Müşahidə zamanı bu böcəklərin "ətir" istehsalı ilə məşğul olduğu ortaya çıxdı. Belə ki, əvvəlcə arı çənəsi ilə çiçəyin səthinə toxunur və üzərinə tüpürcək ifraz edir.

Daha sonra ifraz etdiyi damcını ön ayaqları ilə ovuşdurur və nəticədə ətirli bir maddə əmələ gəlir. Yağlardan istifadə edərək çiçək aromalarının (məsələn, gül ləçəklərindən) çıxarılması üçün bənzər texnologiya - anfleraj - ətir istehsalında daha əvvəl istifadə edilmişdir.


Digər arılardan fərqli olaraq, orxideya arıları ya fərdi, yaxud da hər birində 10 fərd olmaqla ailə (qrup) şəklində yaşayırlar. Bu arı cinsinin işçi qrupları, və ya kraliçası (anası) olmur. 


Və nəhayət, ətir arılarının digər özəlliyi odur ki, sevimli qoxusu olan çiçəkləri axtarmaq məqsədi ilə rekord məsafələrədək  uça bilirlər.