Bu maraqlıdır!

Bilirsinizmi hörümçəklər necə tor qurur?

Bakı, 9 dekabr, AZƏRTAC

 


Hörümçəkləri  demək olar ki, hər yerdə görə bilərik. Onlar yerdə gəzə, ağaca dırmana da bilərlər. Amma bilməliyik ki, hörümçək həşərat deyil. Həşəratlardan fərqi odur ki, hörümçəyin 8 ayağı və 8 gözü var.

 

Bəs görəsən o, öz torunu necə qurur? Hörümçəyin qarnında xüsusi ip ifraz edən vəzlər var. Bu iplər onun bədənindən nəm şəkildə çıxır, hava ilə təmasda olan kimi möhkəmlənir.

 

Maraqlıdır ki, hörümçəklər öz ehtiyaclarına uyğun tor qururlar. Yəni, əgər yemək üçün həşərat tutmaq istəyirsə, torunu yapışqan şəkildə ifraz edib qurur. Yox, əgər özü üçün edirsə, bu zaman quru və daha möhkəm tor qurur.