Nağıllar, hekayələr

Qordi düyünü nədir

Qədim yunan əfsanəsinə görə Finikiyada Zevs məbədinin kahini xəbər verir ki, ilk kim şəhər qapısından içəri daxil olarsa, o da ölkənin ən möhtəşəm hökmdarı olacaqdır. Şəhərə ilk öz arabasında naməlum kəndli Qordion daxil olur və onu Finikiya hökmdarı elan edirlər. Bu hadisəyə şükranlığını bildirmək üçün Qordion öz arabasını Zevs məbədinə bəxşiş edir. Öz arabasını zoğal ağacının liflərindən hazırlanmış kəndirlə çox mürəkkəb bir düyünlə paytaxtın qala divarlarına bağlayır. Rəvayətə görə, hər kim ki, bu düyünü açmağa nail olardısa, Asiya qitəsinin sahibi olacaqdı.

 

E.ə. 334-cü ildə böyük sərkərdə Makedoniyalı İsgəndər şəhəri işğal edir. Düyünün yanına gələn İsgəndər onu açmaq məqsədilə xeyli baş sındırır və nəhayət səbri tükənir. Gənc sərkərdə qılıncının zərbəsi ilə düyünü kəsir. Kahin buna belə bir məna verir: "O, cahana sahib olacaq! Amma siyasət (diplomatiya) ilə deyil, qılınc gücünə".

 

Müasir dövrdə “Qordi düyünü” dedikdə hər hansı müşkül, mürəkkəb məsələ, “qordi düyününü açmaq” dedikdə isə hər hansı müşkül bir məsələni həll etmək başa düşülür.