Nağıllar, hekayələr

Əkinçi və oğlu

Bir əkinçi oğlu ilə şəhərə gedirdi. Yolda bir at nalı gördülər. Əkinçi oğluna dedi:


– O nalı götür, lazım olar.


Oğlu qulaq asmayıb dedi:


– Nəyimizə gərəkdir? Onun üçün heç yerə əyilməyə də dəyməz.


Atası bir söz demədi. Özü əyilib nalı götürdü və şəhərdə onu   6 qəpiyə satıb iki kiloqram albalı aldı.


Şəhərdən kəndə qayıdanda atası gördü ki, oğlu onun əlindəki albalıya baxır. Albalının birini gizlicə yerə saldı. Oğlu tez əyilib onu götürdü. Bir az yol getmişdilər ki, yenə atası albalının birini saldı. Oğlu əyilib onu da götürdü. Beləliklə, uşaq neçə dəfə əyilib-qalxdı. Axırda atası dedi:


– Ey oğul, sən bir dəfə əyilib nalı götürsəydin, indi bu qədər əziyyətə düşməzdin.