Təbiət

Aki meyvəsi

Aki meyvəsi (lat. Blighia sapida) Sabunağacıkimilər fəsiləsindən olan bir meyvədir. Ackee, achee, aki alması və aye kimi adlara da sahibdir. Meyvənin elmi adı, onu ilk dəfə 1793-cü ildə, Yamaykadan İngiltərəyə, Kral Botanika bağçalarına gətirərək, elmə təqdim edən Kapitan Vilyam Blayın şərəfinə qoyulub.

 

Aki adı isə Qərbi Afrikada akan dilindən “akye fufo” sözündən düzəlib. Meyvə 1778-ci ildə Qərbi Afrikadan Yamaykaya ixrac olunub. Həmin vaxtdan bu meyvə Karib mətbəxində mühüm yer tutdu və dünyanın tropik və subtropik ərazilərində yetişdirilməyə başlayır. 

 

Aki ağacı ensiz gövdəli, 10 m hündürlüyü olan həmişəyaşıl ağacdır. Meyvənin armud-şəkilli görünüşü var. Yetişdikdə yaşıl rəngdən açıq qırmızıya, daha sonra isə sarı-narıncıya çevrilir və bölünərək üç böyük, parlaq, qara toxumu üzə çıxarır. Bu toxumlar ağ-sarı rəngli, yumşaq, qaymaq və ya süngərə bənzəyən lət ilə əhatələnir. Meyvənin çəkisi 100-200 qr olur. Akinin vətəni Qərbi Afrika olmasına baxmayaraq, Yamayka mətbəxində daha zəngin istifadə olunur. Həmçinin Yamaykanın milli meyvəsi hesab edilir. Aki meyvəsi və duzlu balıq Yamaykanın milli yeməyidir. Aki meyvəsi vaxtından əvvəl yeyildikdə zəhərli olur. Meyvə özü təbii şəkildikdə parçalandığı zaman təhlükəsiz olur. Yetişməmiş yeyilsə, komaya səbəb olur.