Təbiət

Toppuz dimdikli ördək

Toppuz dimdikli ördək və ya Afrika daraq ördəyi (Sarkidiornis melanotos) Pakistandan Laos Xalq Cümhuriyyətinə və Çin hüdudlarından Afrika, Madaqaskar və Asiyanın cənub bataqlıq hissəsinə qədər olan ərazilərdə yaşayır. 

 

Toppuz dimdikli ördək ən böyük növlərdən biri hesab edilir. Uzunluğu 56- 76 sm, qanad genişliyi 116- 145 sm, çəkisi isə 1.03- 2.9 kq-a qədər ola bilər. Yetkin ördəyin başı ağdır və boynunda qara çillər var. Erkəklər dişilərdən daha böyükdür və dimdiyində böyük bir toppuz var. Toppuz dimdikli ördək, daraq ördək ilə müqayisədə ölçüsünə görə daha böyükdür və kənarları daha açıq rənglərdə olur. Dişilər də bəzən ağımtıl rəngdə ola bilir. 


Bu ördəklər tropik su hövzələrinin kənarında məskunlaşır, ot, su bitkiləri və dənlə qidalanırlar.