Nağıllar, hekayələr

Eşqin Məmmədov. Havayı qiymət

Evdən tələsik çıxsam da, yenə işə gecikirdim. Hava olduqca şaxtalı olduğundan, köhnəlmiş paltomu və qulaqları qısa olana papağımı da götürmüşdüm. Axır zamanlar müdir məni gecikmələr üstündə çox danlayırdı. Açığı, məsuliyyəti hiss edirdim, amma alınmırdı.

Bu dəfə də, yenə dərsə çox az qalmışdı.Təxmini 1 saat. Yolum çox uzaq idi . Digər tərəfdən geyimim çox da rahat deyildi. Buna görə də taksi ilə getməyi qərara aldım. Biraz piyada gedəndən sonra, maşınlar dayanan nöqtəyə yaxınlaşdım. Bu zaman bir sürücü məni tanıyırmış kimi cəld mənə yaxınlaşıb dedi:
- Salam. Müəllim, necəsiz ?
- Salam. Çox sağ ol, oğul, yaxşıyam.
- Hara belə tələsirsiz? Buyurun, əyləşin aparım.
- Yaxşı. 30 saylı məktəbə sür.


Yolda demək olar söhbətləşmədik. Çatan zaman gediş haqqını soruşdum.
- Oğul, gediş haqqı nə edir?
- Sizin üçün havayıdır. Halal xoşunuz olsun.
- Axı necə havayı? Çörəyin burdan çıxır.
- A müəllim , o qədər bizə havayı qiymət yazmısınız ki , indi bir gediş haqqı nədir ki , onun yanında .


Açığı sonra bu hadisə haqda düşünüb pis oldum ki , havayı qiymət yazıb onları pis vərdişlərə öyrətmişəm, amma onlara ən azı qarşılıq verməyi öyrətdiyim üçün heç də peşman deyiləm. Hər şeyin qarşılığı gec- tez verilir.