Nağıllar, hekayələr

Özbək xalq nağılı. Dostluq bir imtahandır

Tərcümə edən: Gülnar Nəzərova

 

Biri var idi, biri yox idi, bir yarpaq və bir budaq var idi. Onlar yaxın dost olacaqlarına, bir-birilərindən heç zaman ayrılmayacaqlarına, çətin zamanlarda bir-birilərinə kömək edəcəklərinə dair bir-birilərinə söz verdilər. Onlar bir-biri ilə mehribancasına yaşayırdılar. Günlərin bir günü güclü külək əsməyə başladı. Küləyin güclü əsməyindən qorxan yarpaq budaqdan yardım istədi. Bu zaman budaq:

- Heç bir şeydən qorxma, mən səni bu bəladan qurtaracağam, - dedi və yarpağı bərk-bərk qucaqladı.

 

Külək güclü əsməyinə baxmayaraq, budağın köməyilə yarpağı uçurda bilmədi. Külək bundan çox qəzəblənib yağışı yağması üçün göndərdi. Bununla da, külək budaqdan qisas almaq istəyirdi. Ancaq yağış da onları qorxuda bilmədi. Yağışın yağdığını görəndə budaq yarpaqdan yardım istədi ki, yağışın suyu onu islatmasın. Yarpaq isə budağı yağışdan qorumağa başladı. Nə qədər güclü yağış yağsa da, budaq yarpağın köməyilə islanmadı. Yağış yorulub dayanandıqdan sonra budaq və yarpaq çox sevindilər. Bununla da, yarpaq və budağın dostluğu daha da gücləndi.