Nağıllar, hekayələr

Qızlıgül və Çobanyastığı

Kiçik bir şəhərdə bağı olan balaca bir ev vardı. Bu bağda çox gözəl bir qızılgül bitirmiş. Qızılgülün yaxınlığında isə balaca, solğun bir çobanyastığı var imiş.

 

Yeni açdığından çobanyastığının yarpaqları incə və zərif, özü isə solğun idi. Çobanyastığının ətrafında çoxlu al-əlvan çöl çiçəkləri olsa da, heç bir şeydən zövq almır və arzuladığı tək şey böyüyüb gözəl, qeyri-adı gül olmaq idi. O, qızılgülün məxməri ləçəklərinə heyranlıqla baxır, özündə incə solğun ləçəklərin olmasına görə təəssüflənirdi. Sahibi qızılgülü tez-tez sulayar, ona xoş sözlər deyər, güclü yağış yağanda isə qızılgülün üzərini örtərdi.


– “O, necə də gözəldi. Kaş mən də onun kimi gözəl olub, onun yerində olardım.” - deyə çobanyastığı xəyal edirdi.


Lakin bir gün elə bir şey baş verdi ki, çobanyastığının özü haqqında olan təsəvvürləri tamamən dəyişdi. Anası ilə yoldan keçən bir uşaq çobanyastığını görüb dedi: "Ana, bax necə gözəl güldü!”.

 

Çobanyastığı əvvəlcə bu sözlərin ona deyildiyini anlamadı. Lakin bağa girib çobanyastığına yaxınlaşan və ona heyranlıqla baxan uşaq sözlərini təkrarlayınca bu sözlərin ona aid olduğunu anladı. İndiyə qədər özünü zəif, çirkin hesab edən çobanyastığı kiminsə gözündə gözəl olduğunu, əslində hər çiçəyin özünə görə üstünlüyü və gözəlliyi olduğunu anladı.