Nağıllar, hekayələr

Tayts Y.M. İki çaydan

Mətbəxdə yeni bir xəbər var: artıq yeni sakin var - böyük, misdən bir çaydan. 


Bütün fincanlar ona tamaşa etmək üçün bir yerə toplaşdı. Bəli, baxmağa bir şey var idi! Çaydanın yanları və qapağı qızıl kimi parıldayır, burunu isə qürurla yuxarı doğru qalxmışdı. 


- Sən qızıldansan? - stəkanlar soruşdu.


"Əlbətdə" - çaydan qürurla cavab verdi.


- Aramızda sənin qohumun var!


- Nə qohumu? Hansı qohum?


Əhəmiyyətli qonaq burnunu biraz tərpədib aşağı doğru baxdı və dik burunlu, qıvrılmış nazik qulplu kiçik bir ağ çaydanı gördü.

 

- Salam, - balaca ağ çaydan nəzakətlə dedi və qapağını yuxarı doğru qaldırdı. - Biz qohumuq. Sən də çaydansan, mən də çaydanam ...


Sən? - yeni sakin kinayə ilə güldü - Kiçik, lazımsız əşya, axı kimə lazımsan? Tezliklə səni atacaqlar.

 

- Niyə? - balaca ağ çaydan həyəcanla soruşdu və daha da ağardı.

 

- Ona görə ki, artıq mən varam! ...


Bu zaman evin sahibəsi mətbəxə girdi və kiçik çaydana deyil, böyük çaydana yaxınlaşdı. İçərisinə su töküb odun üstünə qoydu. 


Budur, odda böyük, özündən razı yeni çaydan isinir və fəxrlə mahnı oxuyur:

 

Ən çox ehtiyac duyulan mənəm

 

Mən hamıdan vacibəm ...

 

Çaydan nə qədər isinirdisə, mahnını o qədər yüksək səslə oxuyurdu. 


Nəhayət, evin sahibəsi mahnını eşidib isti çaydanı götürüb otağa apardı. Masanın üstünə, ən gözəçarpan yerə qoydu, çaydan isə oxumağa davam etdi:

 

Ən çox ehtiyac duyulan mənəm

 

Mən hamıdan vacibəm...

 

- Bəsdir, oxudun! - evin sahibəsi dedi və birdən öz-özünə soruşdu: - Ay aman, bəs balaca çaydan hardadır?

 

Tez mətbəxə qaçdı, ağ çaydanı da otağa gətirdi, içinə çay töküb qoydu ... bilirsiz hara? Ən böyuk, ən vacib çaydanın başına!

 

Böyük çaydan çox hirsləndi, başladı tısıldamağa, ətrafa buxar püskürməyə ve burnu ilə ağır nəfəs alaraq başladı qışqırmağa:

 

- Bunu üstümdən tez götürün...tez götürün...

 

Ancaq heç bir şey kömək etmədi. Böyük çaydan tısladı-tısladı və nəhayət susdu. Bütün axşam onun mis başında dik burunlu və nazik qulplu bir ağ çaydan oturmuşdu.