Təbiət

Reyşi göbələyi

 

Qeyri - adi göbələk olan reyşi Çin xalq təbabətinin ən məşhur dərmanı hesab edilir. Ümumiyyətlə reyşi daha qədim və daha qiymətli olmağı ilə digər müalicəvi təsirli göbələklərdən seçilir. Çinlilər reyşini Lin Çji, bioloqlar isə onu parlaq Qanoderma adlandırırlar. Lakin Yaponiya və dünyanın digər ölkələrində o elə reyşi adı ilə tanınır.

 


Çin adlı ölkədə belə bir şey var – imperator arxivi. Bu sənədlərdə reyşi haqda məlumat verilmişdir. Lakin təəssüflər olsun ki, bu göbələklə yalnız imperatorun ailəsi, o cümlədən yuxarı təbəqənin insanları müalicə oluna bilərdi. Bu da ona görə belə idi ki, göbələk həddən artıq baha idi, bunu da çox insan necə deyərlər – özünə qıya bilmirdi. Həmçinin təbiətdə də bu göbələyə çox nadir hallarda rast gəlinir. Əsasən o, qurumuş gavalı ağacında bitir, belə ağaclardan isə Yaponiyada çox azdır. Həmçinin bu göbələyi tapan şəxs özünküləşdirir və onun bitdiyi yeri nəsildən-nəsilə ötürürdü.

 


Hal-hazırda bu göbələk təbii halda, təbiətdə yetişmir, onu yalnız süni halda yetişdirirlər. İlk dəfə olaraq 1972-ci ildə bu sahədə 15 illik təcrübəyə malik yapon fermeri Sigeyake Mori uzun müddətdən sonra bu göbələyin süni şəkildə yetişdirilmə üsulunu tapır. Lakin maraqlıdır ki, Yaponiya bu kəşfini Çinə bildirmədi.

 


Çin respublikasının o zamanki lideri Mao Tsedun xalq təbabəti ilə müalicəyə çox gözəl baxırdı, məhz onun vaxtında Çində 5 min yeni preparat yaranmışdı. Yaponiyanın bu kəşfindən xəbər tutan lider sadə çıxış yolu axtarmaq qərarına gəlir. Bundan ötrü o böyük bir insan kütləsini meşəyə bu göbələyin sporlarını axtarmağa göndərir. Uzun axtarışlar öz nəticsini verir. Reyşinin sporları artıq onların əllərində idi.
Reyşi göbələyi geniş terapevtik təsir spektrinə və ahıl yaşlılarda sağlamlığı bərpa edə bilməsinə görə ziyalı təbəqənin sevimlisinə çevrilmişdi.