Təbiət

Akasiya

 

Sarı akasiya paxlalılar – Fabaceae fəsiləsinin ən iri cinsi hesab edilir. Xüsusilə Avstraliya, Afrika, Meksika və Asiya ərazisində geniş yayılmışdır. Sarı akasiya əsasən Orta Avropa oranjereyalarında bəzək bitkisi kimi yetişdirilir.

 

Sarı akasiya tropik və subtropik iqlim qurşaqlarında geniş yayılmışdır. Quru səhralardan (Meksika, Avstraliya) tutmuş rütubətli regionlara (Hindistan, Madaqaskar) qədər bütün yerlərdə bitir.

 

Sarı akasiyaya həm ağac, həm də kol formasında rast gəlinir. Çox vaxt tikanlıdı, lakin olmaya da bilər. Ağacın gövdəsi 1,2 m-ə qədər çatır. Cavan akasiyaların gövdələrinin qabığı hamar, yaşıl rəngli olur. Kök sistemi güclü inkişaf etmişdir, torpağın üst səthinə və ətraflara doğru kökləri güclü şəkildə şaxələnmişdir. Yarpaqları növbəli düzülüşlüdür. Çiçəkləri xırda olub çoxsaylıdır. Bitkinin meyvələri isə paxlalıdır. Akasiyanın çiçəkləri may ayında toplanır. Toplandıqdan sonra xammal kölgəliklərdə, altıaçıqlarda daima qarışdırılaraq qurudulur. Bitkinin gövdəsinin qabıqlarının tərkibində 6-40% tannidlər mövcuddur. Lakin bitki zəhərlidir.

 

 

Sarı akasiya tez böyüyən bitkilərə aiddir. Belə ki, ömrünün ilk ili bitkinin boyunun hündürlüyü 0,75-1,5 m, ikinci ili 2-2,5 m, 3-cü ili 4-5 m, 12-15-ci ilində isə 15-18 m-ə çatır. Ağacın intensiv boy atması 25-30 yaşında dayanır. 30 yaşdan etibarən bitki qocalmağa başlayır. Sarı akasiya ömrünün ikinci ili çiçək açır və hər il də demək olar ki, müntəzəm bar gətirir. Bitki toxum vasitəsilə çoxaldılır.