Bu maraqlıdır!

Əl ilə qazılmış ən dərin quyu - Vudingdin

1858-ci ildə İngiltərənin Vudingdin şəhərində inşa edilən quyu - yer kürəsinin ən dərin əl ilə qazılmış quyusu hesab edilir. Dərinliyi 392 metrdir.


1858-ci ildə İngiltərənin Vudingdin şəhərində problemli gənclər üçün tikiləcək yeni məktəbin inşası üçün yeni planlar hazırlandı. Tikinti üçün su mənbəyi tələb olunurdu. Fərqli yerlərdən su çəkmək əlverişli olmadığından quyu qazılması qərara alındı.


Məsrəfləri azaltmaq üçün Vudingdin quyusunun tikintisi həbsxanasındakı məhkumların köməyi ilə başladı. Quyunun qazılması ilə bağlı bütün işlər əllə aparıldı. Torpağı səthə qaldırmaq üçün vedrə və iplərdən istifadə olundu.


Əvvəlcə divarları kərpiclə üzlənəcək, 122 metr dərinlikdə quyunun inşası planlaşdırıldı. İki il qazdıqdan sonra quyu yerin səthinin 134 metrinə (dəniz səviyyəsindən bir qədər aşağı) çatdı, lakin su tapılmadı. Bundan sonra, dörd istiqamətdə, yəni üfüqi şaxtaların qazılmasına qərar verildi.  Lakin, bu da istənilən nəticəni vermədi. Ancaq quyunu qazanlar təslim olmadılar, çünki həyat mənbəyi sayılan “su” bu ərazi üçün son dərəcə zəruri idi və ağır işlər artıq görülmüşdü. Suyun artıq yaxın bir yerdə olduğuna ümid edən işçilər horizontal tuneldən birini dərinləşdirməyə başladılar. Quyu daha iki il qazıldı, insanlar 24 saat işləyib, kərpic daşıyıb divarlara döşədilər. Onlar havasız, dar tunellərdə işləyirdilər, yeganə işıq mənbəyi şam idi. 


Nəhayət, 1862-ci il martın 16-da kərpic ustası dibindəki yerin yavaş-yavaş yuxarı qalxmağa başladığını fərq etdi. O və digər işçilər, suyun yuxarı qalxmasından əvvəl, quyudan yuxarı qalxmaq üçün 45 dəqiqə vaxt sərf etdilər.


Dörd illik çətin qazma işlərindən sonra Vudingdin quyusu 392 metr dərinliyə sahib oldu və dünyanın ən dərin, əl ilə qazılmış quyusu statusunu qazandı.