Nağıllar, hekayələr

Dost rəqəmlər

Biri var idi, biri yox idi, yer üzündə 220 rəqəmi var idi. Onunla dostluq edən yox idi. 220 rəqəmi tənhalıqdan lap darıxıb, kədərlənirdi.

 

Bir gün 220 parka gəzməyə getdi, yaxınlıqda skamya görüb, üzərinə oturdu. Sən demə, skamyada 284 rəqəmi də oturubmuş. 284 sakitcə oturub, dərindən ah çəkdi. 220 təəccübləndi və 284-dən soruşdu:

 

- Niyə ah çəkirsən?

 

- Çünki heç dostum yoxdur, - deyə 284 rəqəmi ona cavab verdi.

 

O gündən iki rəqəm dost oldular: birgə əylənib, vaxt keçirdilər.

 

O vaxtdan bəri “220” və “284” rəqəmləri - dost rəqəmlər olaraq adlandırılır və dostluqlarını aşağıdakı bölən rəqəmlərlə gücləndirirlər:

 

220: 1 + 2 + 4 + 5 + 10 + 11 + 20 + 22 + 44 + 55 + 110 = 284;

 

284: 1 + 2 + 4 + 71 + 142 = 220.