Bu maraqlıdır!

Bofort şkalası və onun ixtiraçısı

Frensis Bofort (7 may 1774, İrlandiya - 17 dekabr 1857, Sasseks) - bütün dünyada küləyin sürətini qiymətləndirmək üçün on iki ballıq şkalanın yaradıcısı kimi tanınan ingilis admiralı, hərbi hidroqrafı və xəritəşünası olub. 1805-ci ildə o, küləyin sürətini və gücünü ölçmək üçün quru 12 ballıq şkala hazırlayıb. 1838-ci ildə Bofort şkalası Britaniya Hərbi Dəniz Qüvvələri, daha sonra isə bütün dünya dənizçiləri tərəfindən qəbul edilib. 1874-cü ildən bəri Beynəlxalq istifadəyə verilib. 


Frensis Bofort 1829-855-ci ilə qədər Britaniya Hidroqrafiya Xidmətinə rəhbərlik edib.1831-ci ildə gələcək Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitutunun yaradılmasının təşəbbüskarlarından biri olub. İrlandiya Kral Akademiyasının üzvü seçilib.


Onun şərəfinə Şimal Buzlu okeanında dəniz adlandırılıb. Eləcə də Antarktidada bir ada Bofortun adını daşıyır.

 

Bir vaxtlar xəritədəki səhvə görə gəmi qəzasına uğrayan və bir daha bu təcrübəni təkrarlamaq istəməyən  Frensis Bofort bütün həyatı boyu dəniz xəritələrinə böyük maraq göstərib. Ticarət gəmisində işə girən Bofort əvvəlcə miçman, sonra leytenant, daha sonra isə komandir rütbəsinə kimi yüksəlib.

 

Bofort şkalası - küləyin dənizin dalğalanmasına olan təsirinə görə gücünü (sürətini) təqribi müəyyən edən (bal ilə) şkaladır. 12 balla ifadə olunur. "0" (sıfır) – şələkət göstərir, 4 – mülayim kulək, 6 — güclü külək, 10 - tufan, 12 –fırtına.

 

Bofort şkalasina 1946-cı ildə 13-dən 17-yə qədər ballar əlavə edilərək uzadıldı. Lakin 13-dən 17-yə qədər ballar yalnız tropik siklonlar kimi xüsusi hallarda tətbiq olunmaqdadır. Hazırda uzadılmış ballar yalnız tez-tez tayfunların boyuk ziyan vurduğu Tayvan və Çində istifadə olunur. Beynəlxalq səviyyədə, Dəniz Meteoroloji Xidmətləri üzrə Ümumdünya Meteoroloji Təlimatında Bofort şkalasını yalnız 12 bala qədər qəbul edilir və genişləndirilmiş şkaladan istifadə üçün heç bir tövsiyə yoxdur.