Seyid Yəhya Bakuvi sərdabəsi
Şirvanşahlar saray kompleksinin cənub hissəsində yerləşən Seyid Yəhya Bakuvi məqbərəsi xalq arasında «dərviş məqbərəsi» kimi tanınır.
Tarixçilərin məlumatına görə, Bakuvi Şirvanşah Xəlilullahın saray alimi olub. Şamaxıda doğulub. Sufi, «xəlvəti» təriqətinə rəhbərlik edən Şeyx Sədrəddinin tərəfdarlarından olub. Şeyx Sədrəddinin ölümündən sonra Bakuvi Bakıya köçüb. Ayrı-ayrı tarixçilərin məlumatlarına görə, o, 868-ci (1464) vəfat edib və saray kompleksi ərazisində dəfn olunub. Günümüzədək Seyid Yəhya Bakuvi fəlsəfə, astronomiya və riyaziyyatın öyrənilməsi sahəsində dəyərli mənbələr olan 15 əsəri («Həqiqət axtaranların sirri», «İlhamın sirri», «İşarələrin simvolik mənaları», «Səmənilər şəcərəsinə izahlar», «Ruhların sirri» və s.) gəlib çıxıb, onlar sufi-mistik xarakter daşıyır və Türkiyənin İstanbul, Konya və Manisa şəhərlərində saxlanılır.
Sufizm — islamda mistik-asketik istiqamətdir, VIII əsrdən məlumdur. Sufilər Allahla fərdi vəhdətə və hətta daxili nurlanma yolu ilə ona birləşməyə, onda əriməyə can atırdılar, bu müəyyən asketik təmrinlərlə müşayiət olunurdu.
Məqbərə səkkizguşəli formaya malikdir və səkkizguşəli çadırla örtülüb. O, yerüstü və yeraltı hissələrdən ibarətdir. Məqbərənin üst hissəsi dini ayinlər üçün nəzərdə tutulurdu, aşağı hissədə qəbirüstü sərdabə yerləşirdi. Daxildən məqbərə bəzədilmişdi və ona rəngli suvaq çəkilmişdi.
Məqbərə yonulmuş və bir-birinə sıx hörülmüş enli və ensiz daşlar sırasından tikilib.
Məqbərənin kənarlarında — cənubda, şərqdə və qərbdə — üç kiçik daş hasarlı -şəbəkəli çatma pəncərələr var. Məqbərə Şirvan-Abşeron memarlıq məktəbinin həlqələrindən biridir.
Məqbərə Key Qubad məscidi adı ilə tanınan qədim məscidin yananda tikilib. Seyid Yəhya Bakuvi məhz bu məsciddə çalışıb, dua edib, dərs deyib. Bu məscid XIV əsrdəŞirvanşah Key Qubadın hakimiyyəti illərində tikilib və onun adı ilə adlandırılıb. Amma 1918-ci ildə məscid yanğın zamanı yanıb və hazırda yalnız onun bünövrəsi qalır. Yəqin ki, bu məscid daha qədim məscidin yerində tikilib.