Nağıllar, hekayələr

Fazil Tülbəndçi. Padşah və müəllim

Gözəl biryaz səhəri idi. Padşah adamları ilə vətənə qayıdırdı. Camaat hörmətlə padşahı qarşılayırdı. Adamlar əllərindəki çiçək dəstələrini padşaha vermək istəyirdilər. Padşahın yanında müəllimi də var idi. Padşah heç bir zaman müəlliminin qarşısına keçməzdi. Asta-asta arxasınca gedərdi.

 

Hamı padşahdan irəlidə gedən müəllimi padşah hesab edib çiçəkləri ona verməyə çalışırdı.

 

Müəllim atını bir qədər geriyə çəkdi. Gözucu padşahı göstərib dedi:

 

- Padşah odur, çiçəkləri ona verin!

 

Bunu görən padşah müəllimini işarə edib dedi:

 

- Doğrudur, padşah mənəm, amma o, padşahın müəllimidir. Çiçəkləri ona verin.