Nağıllar, hekayələr

İsmayıl Bilgin. Günəbaxanlar

İyul ayı idi. Tarlada çoxlu günəbaxan var idi. Onlar böyüyüb çiçək açmışdılar. Günəbaxanların üzü həmişə Günəşə sarı idi. Amma balaca bir günəbaxan Günəşə sarı baxmırdı. Onun bu hərəkətinə digər günəbaxanlar təəccübləndilər:


— Sən niyə Günəşə baxmırsan?

 

— Mən Günəşdən küsmüşəm. Onunla danışmıram.

 

— Axı niyə?

 

— Çünki gecə yuxudan oyananda Günəş məni heç isitmədi. O elə solğun idi ki... Siz isə deyirsiniz: "Günəş bizə daim istilik verir".

 

— O, Günəş deyil ki!

 

— Nədir bəs?

 

— O, Aydır. Ay istilik vermir.

 

— Bəs niyə işıq saçırdı? Yanında da balacabalaca dostları vardı.

 

Bu sözləri eşidən günəbaxanlar gülüşdülər.