Nağıllar, hekayələr

Zahid Xəlil. Oxuyan koğuş

Palıdın kötüyündə balaca bir koğuş yaranmışdı.


Hərdən quşlar gizlənqaç oynayanda bu koğuşda gizlənə bilirdilər. Hər səhər külək əsməyə başlayanda koğuş oxuyurdu. Оnun oxumağı çoban tütəyinin həzin musiqisinə oxşayırdı. Əslində palıd ağacı da elə buna görə yarpaqlarını belə həvəslə tərpədir, ləzzətlə rəqs
edirdi.


—Bəxtəvərin kefınə bax, — deyə ətrafdakı ağaclar onun paxıllığını çəkirdilər. Camaat küləkdən başını gizlətməyə yer tapmır, amma bu, oynayır.


Bir dəfə koğuş o qədər gözəl oxudu ki, hətta buludlar da bu məlahətli səsə yığışdılar. Buludlar o qədər sıxlaşdı ki, paxıllıqdan ağacların bir neçəsinin yarpaqları quruyub töküldü.


Buludlar bu gözəl nəğməyə hədiyyə olaraq çoxlu inci bağışladılar koğuşa. Yağış damlaları bircə göz qırpımında koğuşu doldurdu. Amma heyf ki, pis bir iş oldu. Koğuşun ağzı inci damlaları ilə dolan kimi o səsini kəsdi. Nə qədər əlləşdisə daha oxuya bilmədi.