Uşaq yaradıcılığı

Lev Tolstoy. Kəndli qazları necə böldü

Bir kasıb kəndli var idi. Bir gün onun çörəyi qurtardı və o, çörək istəmək üçün ağanın yanına getmək qərarına gəldi.


Əli boş getməmək üçün kəndli bir qaz qızardıb yollandı düz ağanın evinə.


Ağa qazı qəbul edib dedi:


- Qaza görə çox sağ ol, amma sənin qazını necə bölüşəcəyik onu bilmirəm. Arvadım, iki oğlum və iki qızım var. Bir-birimizdən küsmədən necə bölüşə bilərik?


Kəndli dedi: - Mən bölərəm. 


Kəndli bıçağı götürüb qazın başını kəsib ağaya verdi: - Sən evin başçısı olduğun üçün “Sənə baş düşür!” 


Sonra qazın quyruğunu kəsib ağanın arvadına verdi: - Sən, evin xanımı olduğun üçün evdə oturursan, evin qayğısına qalırsan, ona görə “Sənə quyruq düşür!”


Sonra pəncələrini kəsib ağanın oğullarına verib dedi: - Siz, atanızın yolu ilə getməli olduğunuza görə “Sizə ayaqlar düşür!”


Ağanın qızlarına isə qanadları verib dedi: - Siz tezliklə evdən uçub başqa bir evə qonacaqsız deyə “Sizə qanadlar düşür!” – Qalanını isə özümə götürücəm, - deyib kəndli qazın ən yeməli hissələrini özünə götürdü.


Ağa gülərək kəndliyə çörək və pul verdi. 


Bu əhvalatı həmin kənddə yaşayan varlı bir kəndli eşidib, beş dənə qaz qızardıb yollandı ağanın evinə. Ağa qazlar üçün təşəkkürünü bildirib dedi:


Qazlar üçün təşəkkür edirəm, lakin mənim ailəm altı nəfərdən ibarətdir: Mən, arvadım, iki oğlum və iki qızım. Sənin beş qazını necə bərabər bölməliyik bax onu bilmirəm?


Varlı kəndli ha fikirləşdi heç bir çıxış yolu tapa bilmədi. Ağa kasıb kəndlini yanına çağırıb ona qazı bölməsini əmr etdi. 


Kasıb kəndli bir qaz götürüb ağa və xanımına verib dedi: - “Ağa! Sən, arvadın və qaz – sayınız oldu — ÜÇ!”


Ağanın oğullarına yerdə qalan qazlardan birini verib dedi: - “Sizin də sayınız oldu — ÜÇ!”


Bir qaz da götürüb verdi ağanın qızlarına və yenə dedi: - “Bax beləcə, sizin də sayınız oldu — ÜÇ!”


Yerdə qalan iki qazı isə kəndli özünə götürüb dedi: - Budur, qazlar və mən — bizim sayımız da etdi — ÜÇ! İndi hamının sayı bərabərdir!


Ağa güldü və kasıb kəndliyə daha çox pul və çörək verdi, varlını isə evindən qovdu.