Nağıllar, hekayələr

Mixail Zoşenko. Ağıllı quş

Balaca bir oğlan meşədə gəzərkən quş yuvası tapdı. Yuvada kiçik çılpaq quş balaları var idi. Onlar qışqırırdılar, yəqin ki, analarının uçub gəlməsini və onları yedizdirməsini gözləyirdilər!

 

Oğlan quş balalarını tapdığına çox sevinib, onlardan birini götürüb özü ilə evə aparmaq istədi. Əlini təzəcə quşlara uzatmışdı ki, qəfildən tüklü bir quş daş kimi ağacdan atılıb oğlanın ayağının yanına düşdü. Quş otların arasına uzanıb hərəkət etmirdi.

 

Oğlan bu quşu tutmaq gərarına gəldi, amma oğlan yaxınlaşan kimi quş bir az havaya tullanaraq yenə yerə düşdü və başladı yan tərəfə qaçmağa. Oğlan onun arxasınca hərəkət etdi.

 

“Yəqin ki, bu quş qanadını incidib, ona görə də uça bilmir” deyə oğlan öz-özünə düşündü və onu tutmağa çalışdı.

 

Oğlan quşa yaxınlaşan kimi quş yenə havaya tullanaraq yerə düşür və yenə bir qədər yan tərəfə qaçırdı. Oğlan yenə onun ardınca qaçırdı. Bax beləcə davam edirdi: quş ya yuxarı tullanır, ya yerə düşür, oğlan isə onu tutmağa çalışırdı!

 

Nahəyət, oğlan papağını çıxarıb quşun üstünə atmaq istəyirdi ki, birdən quş qanadlanaraq göyə uçdu.

 

Oğlan quşa qəzəbləndi və ən azı bir bala quş götürmək üçün mümkün qədər tez geri quş yuvasına tərəf qaçdı. Lakin oğlan yuvanın olduğu yeri itirdiyindən quşları tapa bilmədi.

 

Birdən oğlan başa düşdü ki, bu - ana quş idi. O, qəsdən ağacdan düşərək, oğlanı yuvadan uzaqlaşdırdı.

 

Beləliklə, oğlan quş yuvasını tapa bilməyərək quşun balaları bir-birindən ayıra bilmədi!

 

Oğlan meşədə bir qədər gəzib dolaşdı, yabanı çiyələk toplayıb yedi, sonra isə evinə geri döndü.