Qəribə qız
Leyla adlı bir qız tanıyırdım. Onun uşaqlarla oynamaqdan xoşu gəlmirdi. Bizim oynadığımız oyunları mənasız hesab edirdi.
Biz bütün günümüzü oynamaqla keçirirdik, Leyla isə bizə qoşulmurdu. Uşaqlarla oynamadığı üçün Leylanın heç dostu qalmamışdı. Onun başqa əyləncəsi var idi: mütaliə etmək. Bütün günü kitab oxuyurdu. Biz Leylanı anlamırdıq: axı nə qədər kitab oxumaq olar?!
Bir gün babam quyudan su çəkəndə cibindəki bıçaq sürüşüb suya düşdü. Babamın kefi yaman pozulmuşdu. Deyirdi ki, bu bıçaq ona atasından yadigar qalıb. Biz hamımız quyunun başına toplaşmışdıq. Babam heyfikirləşirdi.
Leyla bizdən bir az kənarda, ağacın altında oturub yenə də kitab oxuyurdu. O, babama yaxınlaşıb dedi:
-Babacan, bir maqnitolsa, onu iplə quyuya salarıq. Bıçaq dəmir olduğu üçün maqnitə yapışacaq. Biz də onu dartıb çıxararıq.
Birazdan babam öz qiymətli bıçağını əlində tutmuşdu. O, Leylanı qucaqlayıb dedi:
-Əhsən sənə, ağıllı qızım!
Biz də yaman sevinirdik. Həm də Leylanın ağlına heyran qalmışdıq.
Bu hadisə ilə həyatımızda bəzi dəyişikliklər oldu...
05.10.2022