Nağıllar, hekayələr

Nizami Gəncəvi. Meyvəsatanla tülkünün və cibkəsənin hekayəti

Yəməndə meyvə satan
Bir dükançı yaşardı,
Dükanını qoruyan
Tülkü balası vardı.

 

Təlim-tərbiyə görmüş
Gözətçiydi bu yavru.
Sahibinin malını
Diqqətlə qoruyurdu.

 

Yüz cür oyun çıxartdı,
Fənd işlətdi cibkəsən.
Əsərlənmədi əsla
Bala tülkü kələkdən.

 

Fikirləşdi çibkəsən,
Yumdu gözünü dərhal,
Çoxdan yatıbdır guya,
Yuxusu da şəkər, bal.

 

Tülkü bu qoca qurdu
Yatmış görüb yumşaldı,
Yerə qoydu başını,
O da uyğuya daldı.

 

Tülkünü yatmış görüb
Fürsət tapdı çibkəsən.
Çaldı pul kisəsini,
Getdi, itdi nəzərdən.

 

Keşikdə duranların
Qorxuludur yatmağı,
Ya başı əldən gedər,
Ya başından papağı.