Nağıllar, hekayələr

Vladimir Dal. Tap görüm

Qoca kişi çölə çıxıb dörd dəfə qollarını açdı. Hər açanda qollarından üç quş uçdu.

 

Birinci üç quş uçanda qarlar əriməyə, çaylar daşmağa başladı, ağaclar yaşıllaşdı, çəmənləri otlar və çiçəklər bürüdü.

 

İkinci üç quş uçanda havalar istiləşdi: taxıl, qovun, qarpız yetişdi.

 

Üçüncü üç quş uçanda alma, armud, heyva, nar, üzüm yetişdi, güclü və soyuq küləklər əsdi, yarpaqlar töküldü, göy üzünü tez-tez buludlar aldı, yağışlar yağdı.

 

Dördüncü üç quş uçanda qar yağdı, şiddətli şaxta oldu, boran-çovğun başladı.

 

Qoca kişinin quşları çox qəribə idi. Hər birinin dörd qanadı, hər qanadın yeddi lələyi var idi. Hər lələyin bir üzü ağ, o biri üzü qara idi.