Torbaotu
Elm dünyasında “Utricularia” adı ilə tanınan torbaotu su bitkisidir. Torbaotunun kisə formasındakı qapanlarında üç tip ifrazat vəzi var: bunlardan birincisi «qlobal ifrazat vəzləri» tələnin xarici tərəfində yerləşir, digər iki tip ifrazat vəzləri isə, yəni “dörd qollu ifrazat vəzləri” və “iki qollu ifrazat vəzləri”, tələnin daxili tərəfində yerləşir. Bu fərqli ifrazat vəzləri bu maraqlı tələni mərhələli olaraq işlədir. Əvvəlcə daxili səthdəki ifrazat vəzləri dövrəyə girir. Bu vəzlərin üzərindəki tüklər suyu torbaotunun xaricinə doğru nasosla vurur. Beləliklə, torbaotunun daxilində böyük boşluq meydana gəlir. Bu boşluğun ağzında isə dəniz suyunun təkrar içəri girməsinə maneə törədən tələ var. Bu tələnin üzərində olan tüklər isə toxunmağa qarşı olduqca həssasdır. Sudakı böcək və ya orqanizm bu tüklərə dəysə tələ sürətlə açılır. Təbii olaraq da içi boş olan torbaotuna doğru ani su axını meydana gəlir. Bu axıntıya qapılan qurban daha nə olduğunu anlamadan tələ bağlanır. Saniyənin mində biri qədər qısa çəkən bu hadisədən dərhal sonra isə ifrazat vəzləri içəridə tutulan ovu həzm etmək üzrə maye ifraz etməyə başlayır.
Torbaotu tələsinin funksiyası:
1- Ov tələnin həssas tüklərinə toxunur;
2- Tələ tez açılır, heyvan içəri çəkilir;
3- Qapı ovun üzərinə bağlanır.
Tələlərin diametri növündən asılı olaraq 0,5 ilə 6 mm arasında dəyişir.
Bitkinin adı, gövdələrində və yarpaqlarında kiçik (0,2-12 mm diametrli) baloncuklar meydana gəlməsi səbəbindən meydana gəlib. Hər yerdə bitir. Dünyada təxminən 240 növü qeydə alınmışdır, əsasən Cənubi Amerika və Avstraliyada rast gəlinir. Nəm torpaqdakı su hövzələri sahillərində, nəm qayalıqlar və suya yaxın ağac gövdələrində bitir. Əsl kökü yoxdur, yalnız bitkini yerində saxlaya bilən kökəbənzər rizoidləri var.
04.02.2023