Bu maraqlıdır!

Jestlərlə ünsiyyət

İnsanın bir-biri ilə ünsiyyət qurması üçün söz ən dəqiq vasitədir. Ancaq bu, yeganə vasitə deyil. 


Müxtəlif məlumatın çatdırılamsı üçün bizim jest dili adlandırdığımız başqa danışıq forması da var: gözvurma, əl və ya başın hərəkəti, kürəyə əllə vurma, öpüş, üzün ifadəsi və s. 


Biz hamımız jest dilini istifadə edir və başa düşürük. Ona görə də deyirlər ki, “bir jest (işarə) min sözü əvəz edir”. Əsl jest dili ekspertləri-mimika ustaları da var. Onlar hər şeyi sözsüz izah etməyi bacarır və biz onları başa düşə bilirik.

Səssiz danışmaq olarmı?
Əlbəttə, axı eşitmə və danışma qüsurlu insanlar məhz jestlərin köməyi və dodaqların hərəkətini oxumaqla ünsiyyət qurur. Jest dilləri  eşitmə və danışma qüsurlu insanlarn öyrədilməsinin əsas üsuludur. 1760-cı ildə hər bir hərfin əl ilə göstərilməsi mümkün olan mimika üsulu yaradıldı. Bu daktilologik əlifbadır.