Təbiət

Göyçəqarğa quşları

Bu quşların parlaq görkəmi ilk baxışdan onların tropik quş olduğundan xəbər verir. Bu növə aid olan 133 quşun hamısı tropik və subtropik meşələrdə yaşayır. Bu quşların ən balacası Böyük Antil adalarında yaşayan Todinin uzunluğu cəmi 10 sm, Cənubi Amerikada yaşayan uzunquyruq Mamot isə 45 sm-dir. Bu quşların əksəriyyəti həşərat, ağac qurbağası və xırda ilan yeyir. Həşəratları adətən uçaraq tuturlar. Bundan qabaq uzun müddət ağac budağında hərəkətsiz oturub yaxınlıqdan uçan qurbağanı gözləyirlər.

 

Balıqcıl isə balıqla qidalanır. O göl və çayların yaxınlığında yaşayır. Suya baş vuraraq uzun dimdiyi ilə xırda balıqları tutur və şaquli vəziyyətdə sudan havaya qalxıb, yuvasına qayıdır.

 

Göyçəqarğalar yuvalarını adətən çay qırağında uçurum yerdə tikirlər. Təhlükəsiz və rahat oyuq qazmaq üçün quş cütü 20 günə qədər işləyir. Onlar dimdikləri ilə torpağı qazır, sonra isə ayaqları ilə onu geri atırlar. Təxminən bir metr uzunluqda tunel qazmaq üçün bu quşlar yuvalarından 12 kq torpaq çıxarırlar. Tunelin axırında yuva üçün daha geniş sahə hazırlanır. Ot döşənmiş oyuqda 3-5 düm ağ yumurta olur. Bütün Göyçəqarğa balaları tamamilə lüt və kor doğulur. 4-5 həftə valideynlərin tam himayəsində qalırlar. Yuvadan çıxmış balalar sərbəst həyata başlayır və bir il sonra, gələn yaz, öz oyuqlarını hazırlayırlar. İldən-ilə həmin quşlar yuvalanma dövründə yenidən bu yerlərə qayıdır və minlərlə oyuq arasında məhz öz yuvalarını tapırlar.