Nağıllar, hekayələr

Aysel Mübarizqızı. Balaca Ayaz

Günəşli bir yaz səhəri idi. Balaca Ayaz yenicə yuxudan oyanmışdı. 


Anası otağa gəldi və dedi:
- Sabahın xeyir, mənim ağıllı balam. 
Ayaz xəfifcə gülümsədi. 

Bu gün onların qohumlarında qız övladı dünyaya gəlmişdi. Adını Niger qoymuşdular. Ayazgilin ailəsi də gül dəstəsi alaraq Nigeri xəstəxanada qarşılayıb evlərinə yola salmağa getdilər. 


Ayaz 1 yaş 8 aylıq idi. Çox sevgi dolu uşaq idi. Hər yerdə insanların üzündə təbəssüm oyadırdı. Bu dəfə xəstəxanadakı insanları da güldürməyi bacardı. Burda tanımadıqları insanların yanına qaçır, balaca əlləri ilə onlara qucaq açırdı. Bu davranışı ilə o insanlarda xoş ovqat yaradırdı. 


Ayazın ətrafına bu qədər sevgi saçmasının səbəbi heç də təsadüfi deyildi. O bu xüsusiyyəti ata və anasından görmüşdü. Bəlkə Ayaz da böyüyəndə hər kəsə sevinc, ümid bəxş edən tanınmış həkim və yaxud başqa peşə sahibi olacaq. Hansı sahədə çalışsa da onun bu xasiyyəti dəyişməyəcək. 

Bütün uşaqlar şəfqətlə, inamla, güvənlə, sevgi ilə böyüsələr, ətrafa da həmişə müsbət enerji saçarlar.