Özbəkistanın uşaq və gənclər üçün olan qəzeti “Tong Yulduzi” uzun illərdir ki, Özbəkistan Respublikasının İnsan Hüquqları üzrə Milli Mərkəzi ilə əməkdaşlıq edir.
Əməkdaşlıq çərçivəsində 2024-cü ilin fevral ayında Özbəkistan Respublikası Konstitusiyasının 33-cü ildönümü və “Uşaq Hüquqları Konvensiyası”nın qəbul edilməsinin 35 illiyi münasibəti ilə məktəblilər arasında "İnsan hüquqları uşaqların gözü ilə” respublika müsabiqəsi elan edilib.
İl ərzində iştirakçılar öz işlərini dörd istiqamət üzrə təqdim ediblər: “Ən yaxşı məqalə və inşa”, “Ən yaxşı şeir”, “Ən yaxşı rəsm”, “Ən yaxşı video” (1 dəqiqəlik).
Dekabrın 13-də bu müsabiqənin qalibləri mükafatlandırılıb.
Qaliblərdən biri, Abdulla Kadıri adına Yaradıcılıq Məktəbinin 10-cu sinif şagirdi Samariddin Kadıri olub. Albulla Kadırinin nəvəsi olan Samariddin Kadıri öz çıxışında hər zaman babasına, valideynlərinə layiqli övlad olacağını vurğulayıb.
Digər qaliblər Mirzəabad rayonunun 1 N-li orta məktəbin şagirdləri Şərofiddin Abdurasulov və Əlişirbek Əliboyev, Qaraqalpaqıstan Respublikasının Turtkul rayonunun 45 saylı tam orta məktəbinin 7-ci sinif şagirdi Munisaxon Mambetsoliyeva olub.
“İnsan hüquqları uşaqların gözü ilə” müsabiqəsinin qalibləri inanırıq ki, gələcəkdə insan hüquqları sahəsində ən yetkin, bilikli, qərəzsiz və ədalətli mütəxəssis kimi özlərini cəsarətlə sübut edəcəklər.
13.12.2024