Estoniya atı
XI əsrdə, salnaməçi Bremenli Adam estonları qızılla və yaxşı atlarla zəngin təsəvvür edirdi.
Kiçik atların Eston cinsi olan bu atlar, güclü və xəstəliklərə davamlıdır. Estoniyada üç tanınmış at cinslərindən biridir. Estoniyanın Baltika dәnizi adalarında vә sahillәrindә yetişdirilir. Çox da iri olmayan bu atlar enlibәdәnli, yığcam, davamlı vә qısaayaqlıdır. Ən çox yayılmış rəngləri qara, şabalıdı və bozdur. Başları kiçik və enli, boyun qalın, dırnaqları sərtdir. 4830 kq-adәk yük çәkә bilir.
Ayğırların cidov hündürlüyü 146 sm, döş qucumu 180,5 sm, kütlәsi 486 kq, madyanlarınkı 144,3 sm, döş qucumu 180 sm, kütlәsi 460 kiloqramdır. Ən çox Kənd təsərrüfatında vә nәqliyyata aid işlәrdә istifadә olunur. Bəziləri turist sənayesində ziyarətçiləri maraqlı yerlərə aparmaq üçün istifadə olunur.
XIV-XV əsrlərdə eston atları Novqorod vasitəsilə Rusiyaya ixrac edilirdi.
Asiya çöllərindən Rusiyaya gələn bu atlar yerli şəraitin təsiri ilə dəyişmişlər: bəzi ərazilərdə kiçikləşmiş, bəzi yerlərdə müstəqil nəsil olmuşdur.
16.01.2025