Nurlana İşıq. Bakı və Xəzri
Eşitdiniz , uşaqlar?
Qorxulu vıyıltını?
Xəzri , - gəlirəm,- deyir.
Sular köpüklənəcək,
Yarpaqlar töküləcək.
Coşduracaq Xəzəri,
Dəniz üşüyəcəkmi?
Balıqlar əsəcəkmi?
Ağaclar soyunanda
Günəş gizlənəcəkmi?
Bu Xəzrini gətirən,
Hansı fəsildir görən?!
O fəslə demək gərək,
Niyə coşursan belə?!
Bir azca sakit gəlsən,
Yarpaqlar da titrəməz.
Pişiklər də üşüməz,
Uşaqların çətiri.
Tərsinə də çevrilməz!
Amma nə etmək olar?!
Bura Bakıdır bilin.
Xəzrisiz bu şəhəri,
Təsəvvür etmək çətin.