Qonağımız Kamal Qədirlidir
Uşaq yaradıcılığı rubrikasında bu gün sizi Kamal Qədirli ilə tanış etmək istəyirik.
Kamal Qədirli 25 yanvar 2011-ci ildə Bakı şəhərində anadan olub. 2017-ci ildə Bakı Avropa Liseyinə qəbul olub, orada təhsil alan Kamal Azərbaycan tarixi və coğrafiyası ilə dərindən maraqlanır. Dünya və Azərbaycan ədəbiyyatı klassiklərinin əsərlərini böyük maraqla mütaliə edir, idman növlərindən cüdo və kikboksinq, üzgüçülüklə məşğul olur.
Kamal 2025-ci ildə Uşaq Səfirlər Məclisinin fəalı seçilib. Bir çox beynəlxalq olimpiadalarda iştirak edib. 2024-cü ildə "Hi Lingua İnternational Language Competition" yarışmasında bürünc medal qazanıb. "USA Olympiad"ın ingilis dili kateqoriyası üzrə iştirak edərək qızıl medal əldə edib və final turuna vəsiqə qazanıb. "Eurasian Spelling Bee" beynəlxalq ingilis dili yarışmasında isə regional mərhələdə gümüş medal qazanıb. Bundan əlavə FİSO beynəlxalq olimpiadasının regional mərhələsində qızıl medal qazanaraq finala vəsiqə qazanıb. FİSO beynəlxalq olimpiadasının iyunun 13-17-də Dubayda keçirilmiş final mərhələsində "Diamond" mükafatını qazanaraq, Azərbaycan bayrağını yüksəklərə qaldırmışdır.
İndidən belə uğurlara imza atmış Kamal Qədirli inanırıq ki, gələcəkdə də çox uğurlar qazanacaq. Biz də Uşaq Bilik Portalı adından Kamala qonağımız olduğu üçün təşəkkür edir, ona müvəffəqiyyətlər arzu edirik.
21.06.2025