Cəvahir Tanrıverdi. Gəldi dəniz mövsümü
Gəldi dəniz mövsümü,
Sahillər çiçək açdı.
İnci təki ləpələr
Hər kəsə qucaq açdı.
Günəş də sahilləri
İstisinə bürüdü.
Qumdan gözəl ev tikən
Uşaqlar da göründü.
Dəniz, səma, qumlu yer -
Bunlar dost oldu bizə.
Necə də sevinirlər
Bizim gəlişimizə.