Son əlavə olunanlar

Təbiət

Titikaka gölünün nəhəng qurbağası

Telmatobius culeus –Titikaka gölündə və ona axan çaylarda yaşayan qeyri-adi həyat tərzinə və xarici görünüşünə sahib olan qurbağadır. Böyük su qurbağasıdır: bədən uzunluğu 14 sm, çəkisi 250 qr-dır.  

Eynəkli ayı

Eynəkli ayı (Tremarctos ornatus) və ya And ayısı - Cənubi Amerikada rast gəlinən yeganə ayı növüdür. Kolumbiya, Ekvador, Peru, Boliviya və Çilidə, Şimali And dağlarında yayılmışdır.

Təbiətdə nadir rastlanan Yeti yengəci

Tüklü Kiva, Yeti yengəci və ya Kiva hirsuta - dənizin dərinliklərində yaşayan və ayaqları solğun sarı tüklərlə örtülü olan 10 ayaqlı xərçəngdir. Yengəc məhz 15 santimetr uzunluğu olan tüklərinə görə “Yeti” adını alıb və digər xərçənglərdən böyüklüyünə görə fərqlənir.  

Namib səhrası

Namib səhrası - dünyanın dördüncü ən böyük təbiət qoruğu olan Namib-Naukluft Mili Parkında yerləşən və 49,768 km² ərazini əhatə edən dünyanın ən qədim səhrasıdır. Namib adı Nama adlı Afrikanın yerli xalqının dillindən götürülüb, “heç bir şeyin mövücüd olmadığı yer” mənasını verir. Səhra, 2013-cü ildən UNESCO tərəfindən Dünya İrsi Siyahısına daxil edilib.

Yazın əvvəlində açan nərgiz çiçəkləri

Nərgiz bəzək bitkisi olsa da, onun bir çox növləri mövcuddur. Yazın lap əvvəlində çiçək açdığına görə onu baharın müjdəçisi hesab edirlər. Yunan dilində “narkao” sözündən yaranan nərgiz sözü tərcümədə məst, sərxoş etmək deməkdir.

Yeni torpaq effekti

“Yeni torpaq effekti”,yəni “Qütb ilğımı” – müxtəlif temperaturlu hava təbəqələrində günəş işığının sınması nəticəsində əmələ gələn üç arktik optik illüziyadan biridir (digərləri:Hillingar və Hafgerdingardır). Başqa sözlə desək, atmosferdə işığın qeyri-adi güclü sınması ilə əlaqəli nadir optik hadisənin adıdır.