Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Zivər Məmmədova

Şərqin ilk heykəltaraş qadını Zivər xanım Məmmədova (Tağıyeva) 1902-ci il iyunun 14-də Bakı şəhərində anadan olub. Hələ uşaq ikən valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olub. Qızının istedadını duyan atası onun arzularının həyata keçməsi üçün böyük səy göstərib. Zivər “Müqəddəs Nina” qızlar gimnaziyasında və Dövlət Türk Musiqi Məktəbində təhsil alıb.  

Cəmo bəy Hacınski

Cəmo bəy Süleyman oğlu Hacınski 14 iyun 1888-ci ildə Qubada anadan olmuşdur.

Məlik Dadaşov

Azərbaycan teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindən biri olan Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. Azərbaycanın Xalq artisti Məlik Dadaşov həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanıb.  

Məşədi Cəmil Əmirov

Azərbaycan tarzəni, bəstəkar, musiqi xadimi,  tanınmış bəstəkar Fikrət Əmirovun atası Məşədi Cəmil Əmirov 1875-ci ildə Şuşada doğulub, ilk təhsilini mədrəsədə alıb, sonra musiqiyə maraq göstərib, tarzən olmaqla yanaşı həm də xanəndə, bəstəkar və dirijor kimi tanınıb.  

Soltan Dadaşov

Azərbaycan rejissoru, Xalq artisti Soltan Dadaşov 1906-cı il mayın 27-də Bakıda anadan olub. Kiçik yaşlarında ruhani təhsili alıb. Fərasət və diribaşlığına, oxumağa həvəsli olmasına görə atası onu türk-rus məktəbinə verib. Qabaqcıl şagird kimi müəllimlərin sevimlisi olan yeniyetmə Soltan buradan da realnı məktəbə keçib. Erkən gənclik illərindən klassik şairlərdən Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin ədəbi irsini dərindən mənimsəyib.  

Alber Kamü

Fransız filosof, yazıçı və jurnalist Alber Kamü 1913-cü il noyabrın 7-də o zaman Fransanın müstəmləkəsi olan Əlcəzairin şimal-şərq rayonunda, indi Annaba adlanan Bone liman şəhərinə yaxın Mondovi kəndində anadan olub. Atası hərbi veteran və şərab zavodunda yükdaşıyan fəhlə Lüsyon Avqust Kamü, anası isə evdar qadın olmaqla yanaşı, günün yarısını fabrikdə çalışan Mari Katerin idi.