Korney İvanoviç Çukovski (1882-1969) (əsl adı - Nikolay Vasiliyeviç Korneyçukov) - məşhur uşaq yazıçısı, şair, publisist, jurnalist, ədəbiyyatşünas və tərcüməçidir. Onun uşaqlar üçün yazıb ərsiyyə gətirdiyi nağılları indi də hər bir ailədə tanınır və sevilir. Çukovski məşhur "Moydodır", "Aybolit", “Milçək-vizilçək”, “Qorxunc tarakan” və bir çox başqalarının müəllifidir.