Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

İsmayıl Şıxlı

Şıxlınski İsmayıl Qəhrəman oğlu 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır. Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir. 

İlk professional azərbaycanlı qadın rəssam - Maral Rəhmanzadə

Professional rəssamlıq təhsili almış ilk azərbaycanlı qadın, dövlət mükafatı laureatı Maral Rəhmanzadə müasir milli rəngkarlıq məktəbinin inkişafında yüksək xidmətləri olan sənətkardır.  

Yusif Muxtarov

Görkəmli diktor, Xalq artisti  Yusif Muxtarov 1941-ci il iyulun 22-də anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində rejissor Adil İsgəndərovun kursunda təhsil alıb. 1964-1994-cü illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində diktor, ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb.  

Ağababa Bünyadzadə

Ağababa Balağa oğlu Bünyadzadə 1915-ci il iyulun 19-da Bakıda anadan olub. 1934-cü ildə orta məktəbi bitirir və Texniki peşə məktəbində çilingər peşəsinə yiyələnir. Ancaq bu sənətin dalınca getmir. Bariton səsi olan Ağababa bədii özfəaliyyət kollektivlərinə yazılır. Dram dərnəyində aktyorluq fəaliyyəti göstərməklə yanaşı, müğənnilik də edir.

Tokay Məmmədov

Azərbaycan heykəltaraşlıq məktəbinin görkəmli nümayəndəsi, Xalq rəssamı, SSRİ və Azərbaycan dövlət mükafatları laureatı professor Tokay Məmmədovun müəllifi olduğu əsərlər Azərbaycan heykəltaraşlıq sənətinin çox uğurlu nümunələridir. O, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Üzeyir Hacıbəyli və başqa tarixi şəxsiyyətlərin heykəllərinin müəllifidir. Bakıda və Rusiyada təhsil alan, böyük müəllimlərdən sənətin sirlərini öyrənən sənətkar uzun illər Azərbaycanda heykəltaraşlıq məktəbinin inkişafına töhfələr verib, pedaqoji fəaliyyət göstərib, bu sahədə bir neçə sənətkar nəslinin yetişməsində yaxından iştirak edib.  

Mirzə Babayev

Mirzə Babayevin şövqlə ifa etdiyi “Liman”, “Saçlarına gül düzüm”, “Sən uzaq, yaşıl ada”, “Kimlər gəldi, kimlər getdi”, “Kəpənək”, “Zəfəran”, “Çay” və yüzlərlə belə mahnılar hər kəsin qəlbini ovsunlayıb, yaddaşlara əbədi həkk olunub.