Azərbaycanda tarın ilk ifaçısı
Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin şeirə, sənətə, musiqiyə yüksək hörmət və ehtiram bəslədiyini eşidib-bilən sənət adamları bir çox Şərq ölkələrindən, xüsusən də, İranın və Zaqafqaziyanın müxtəlif vilayətlərindən bəzən, hətta dəstə-dəstə Şuşaya üz tutur, xanın mərhəmətinə, səxavətinə sığınırdılar.