Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Soltan Dadaşov

Azərbaycan rejissoru, Xalq artisti Soltan Dadaşov 1906-cı il mayın 27-də Bakıda anadan olub. Kiçik yaşlarında ruhani təhsili alıb. Fərasət və diribaşlığına, oxumağa həvəsli olmasına görə atası onu türk-rus məktəbinə verib. Qabaqcıl şagird kimi müəllimlərin sevimlisi olan yeniyetmə Soltan buradan da realnı məktəbə keçib. Erkən gənclik illərindən klassik şairlərdən Məhəmməd Füzulinin, Molla Pənah Vaqifin, Seyid Əzim Şirvaninin, Qasım bəy Zakirin ədəbi irsini dərindən mənimsəyib.  

Alber Kamü

Fransız filosof, yazıçı və jurnalist Alber Kamü 1913-cü il noyabrın 7-də o zaman Fransanın müstəmləkəsi olan Əlcəzairin şimal-şərq rayonunda, indi Annaba adlanan Bone liman şəhərinə yaxın Mondovi kəndində anadan olub. Atası hərbi veteran və şərab zavodunda yükdaşıyan fəhlə Lüsyon Avqust Kamü, anası isə evdar qadın olmaqla yanaşı, günün yarısını fabrikdə çalışan Mari Katerin idi. 

Tofiq Mahmud

Azərbaycan uşaq poeziyası və nəsr yaradıcılığında öz orijinal dəst-xətti olan, şair, tərcüməçi Tofiq Mahmud oğlu Mehdiyev 1931-ci il noyabrın 6- da Naxçıvan MR-nın Şahbuz rayonunda anadan olmuşdur.   

Aşıq Şəmşir

Aşıq sənətinin tarixi Azərbaycan xalqının tarixi qədər qədimdir.  Xalqın ruhu, xalqın dili və mənəviyyatı onda ifadə olunub, aşıq sənəti bu ruhu uzun əsrlər boyu yaşatmış, bu gün də yaşatmaqdadır. Qurbani, Abbas Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Aşıq Valeh, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məmmədhüseyn, Zodlu Abdulla, Aşıq Musa, Aşıq Vəli, Şəmkirli Aşıq Hüseyn, Mirzə Bilal və başqaları bu sənəti yaşadanlardandır. Bu aşıqlardan biri də Aşıq Şəmşirdir.  

Elçin Əfəndiyev

Azərbaycan ədəbiyyatı tariхində özünə möhkəm yеr tutmuş Elçin Əfəndiyev 1943-cü il may ayının 13-də Bаkı şəһərində, XX əsr Azərbaycan ədəbiyyatı klassiki, Xalq yаzıçısı İlyаs Əfəndiyеvin аiləsində аnаdаn оlmuşdur.

Rəşid bəy Əfəndizadə

Аzərbаycаnın görkəmli mааrif хаdimi, yаzıçı və еtnоqrаfı Rəşid bəy İsmаyıl Əfəndi оğlu Əfəndizаdə 1863- cü ildə Şəki şəhərində аnаdаn оlmuşdur. İlk təhsilini Cümə məscidində yеrləşən mоllахаnаdа, Əbdürəzzаq Tаhirzаdə аdlı bir müəllimdən аlmışdır. Rəşid bəy Əfəndizаdə 1873-cü ildə ruhаni məktəbini bitirərək, əvvəlcə təhsilini qəzа məktəbində, sоnrа isə şəhər məktəbində rus dilində dаvаm еtdirmişdir.