Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Təbrizli memar Əli

XV–XVI əsrlərdə güclənən Azərbaycan–Osmanlı münasibətlərində bütün istiqamətlərdə olduğu kimi, mədəni əlaqələrdə də inkişaf özünü göstərir.  

Bülbülcan

Əbdülbağı Zülalov Şuşada Xarrat Qulunun musiqi məktəbində təhsil almışdır. Çox tez bir zamanda məşhurlaşan Bülbülcan gözəl muğam ifası ilə daim seçilərdi. Cabbar Qaryağdıoğlu özü dəfələrlə etiraf etmişdir ki, zəngulə vurmağı böyük xanəndə Əbdülbağıdan öyrənmişdir.

Aleksandr Düma

Dünya ədəbiyyatının ən parlaq simalarından biri olan Aleksandr Düma 1802-ci ildə Fransanın Viller-Kotre şəhərində anadan olub.  

Kazım Kazımzadə

Xalq rəssamı Kazım Kazımzadə Azərbaycan fırça sənətinin görkəmli nümayəndələrindən biridir. Onun fırçasından çıxmış qrafik əsərlər yaradıcılığı üçün daha səciyyəvidir və üstünlük təşkil edir. Ayrı-ayrı bədii əsərlərə çəkdiyi illüstrasiyalar, kitablara verdiyi bədii tərtibat ən incə zövqlü şəxslər tərəfindən də rəğbətlə qarşılanır. O, Azərbaycan folkloruna və klassik ədəbiyyatına yaxşı bələd idi. “Kitabi-Dədə Qorqud” eposuna, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh və başqa klassiklərin əsərlərinə sənətkarlıqla çəkdiyi illüstrasiyalar bunları bir daha sübut edir.  

Arif Quliyev

Tufanlar, qaranlıqlar, çətinliklər içində Allah mənə bu sənəti verdi. Həyatıma əks olan obrazı seçdim - güldürmək. Mənim heç bir sənədim yox idi. Məni uşaq evinə qoyub gediblər. Orada mənə Arif deyiblər, doğum ilimi də orada yazdılar...  

Kəmalə Ağayeva

Mənzum pyeslərin ilk qadın müəllifi, Əməkdar incəsənət xadimi Kəmalə Ağayevanın yaradıcılığı və ədəbi irsi həmişə öz aktuallığını qoruyub saxlayır. Onun poetik dünyası, dram əsərləri, pedaqoqluğu, tərcüməçiliyi, publisistikası özünəməxsus idi. İllər keçsə də, onun yeri həmişə görünəcək...