Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Barat Şəkinskayanın yaradıcılığı çoxcəhətli idi. Sənətə gəldiyi ilk dövrlərdə Barat xanım uşaq, hətta oğlan rollarında da çıxış edib. Zadəgan nəslinin nümayəndəsi olması isə onun xarakterini qürur və sadəlik, ləyaqət və fədakarlıq kimi ecazkar xüsusiyyətlərlə rövnəqləndirmişdi. Barat xanımın həm zahirən, həm də daxilən füsunkar insan olduğunu onun bircə rolunu seyr edən adi tamaşaçı da sezə bilərdi.