Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

İlk monumentalçı qadın heykəltəraş

Özünəməxsus dəsti-xətə malik heykəltaraş olan M.Rzayeva əsasən psixoloji portret ustası idi. Yaratdığı obrazların daxili aləmini, psixoloji durumunu, dünyaduyumunu əks etdirmək üçün heykəlin gözlərini xüsusi incəlik və dolğunluqla işləyirdi.

Robert Boyl

Görkəmli ingilis alimi Robert Boylun elmi fəaliyyəti - fizika və kimya sahəsindəki təcrübə metoduna əsaslanmış və o, atomistik nəzəriyyəni inkişaf etdirmişdir. Boyl, 1660-cı ildə təzyiq dəyişikliyi ilə qazların (xüsusən də havanın) həcmindəki dəyişiklik qanunu kəşf etdi. 

Nazim Hikmət

Nazim Hikmət 1902-ci il yanvarın 15-də Selamik şəhərində dünyaya göz açıb. O, 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik məktəbinə daxil olub. Həmvətənlərinin acınacaqlı həyatını kiçik yaşlarından hiss edərək Türkiyənin xarici müdaxiləçilər tərəfindən işğalı əleyhinə şeirlər yazdığı, inqilabi hərəkata qoşulduğu üçün 1919-cu ildə məktəbdən xaric edilib. Bütün yaradıcılığını xalqının azadlığı, xoşbəxt həyatı uğrunda mübarizəyə həsr etdiyi Vətənini, xalqını sevdiyinə görə şair iztirablı, tufanlı, qasırğalı bir həyat yolu keçib, fasilələrlə ömrünü məhbəslərdə keçirib, qürbətdə yaşamağa məcbur olub.

Bemelmans Lüdviq

Uşaqlar və böyüklər üçün 40-dan çox kitabın müəllifi və rəssamı Lüdviq Bemelmans 1898-ci ildə Avstriyada anadan olub. Lüdviqin atası sənətkar idi və oğluna rəsm sevgisini aşılamışdı.

Tahir Salahov

Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dünya şöhrətli rəssam, SSRİ və Azərbaycan Respublikasının Xalq rəssamı, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Heydər Əliyev Mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Tahir Salahov 1928-ci il noyabrın 29-da Bakı şəhərində anadan olmuşdur.

Frityof Nansen - Şimal qütbünü fəth edən tədqiqatçı

Norveçli alim Frityof Nansen (1861-1930) ilk növbədə qütb tədqiqatçısı kimi, eyni zamanda, Qrenlandiya üzərindən ilk xizək ilə keçən insan olaraq da tanınır. Nansen - zoologiya üzrə doktor, yeni bir elmin - fiziki okeanoqrafiyanın qurucusu, siyasi və ictimai xadim və diplomat, humanist, xeyriyyəçi, 1922-ci ildə Nobel Sülh Mükafatı laureatı kimi də tarixə düşmüşdür. Rusiya da daxil olmaqla bir çox ölkənin mükafatına layiq görülüb.