Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Mövsüm bəy Xanlarov

Mövsüm bəy Xanlarov 1857-ci ildə Bakıda anadan olmuş, ilk təhsilini mədrəsədə almış, ərəb və fars dillərini, tarixi və klassik ədəbiyyatı da burada öyrənmişdir. O, müstəqil şəkildə rus dilini öyrənmiş, 1872-ci ildə Bakıdakı rus realnı gimnaziyasının tələbəsi olmuşdur. Bu gimnaziyanın bazası əsasında 1874-cü ildə Bakı realnı məktəb yaranır.

Cövdət Hacıyev

Azərbaycanın zəngin musiqi mədəniyyəti tarixində şərəfli yer tutmuş böyük şəxsiyyətlərdən biri də Cövdət Hacıyevdir. Onun milli və dünya musiqi sənəti ənənələrinin novatorcasına vəhdətində insanın mənəvi gözəlliyini tərənnüm edən yaradıcılığı daim özünün yüksək vətəndaşlıq qayəsi və dərin estetik məzmunu ilə səciyyələnib.

Gəmiçi Henri

Henri (Enrike) Gəmiçi  (1394-1460) - böyük səyyah, Portuqal şahzadəsi (Kral I Juanın oğlu), tədqiqatçı, müstəmləkəçi, səlib döyüşçüsü və Afrika sahillərinə dəniz ekspedisiyalarının təşkilatçısı olub.

İsa Hüseynov

İsa Hüseynov (Muğanna) Azərbaycan nəsrinin milli ruh və emosiya potensialını özünə qaytardı. Onun ədəbiyyatımızda oynadığı başlıca rol birmənalı şəkildə bundan ibarətdir. Təsadüfi deyil ki, 60-cı illər nəsrinin keyfiyyət özəlliklərindən bəhs edən bütün mətnlərdə İsa Hüseynovun rolu bu yöndə xüsusi önə çəkilir, mənəvi diriliyin, qurulan sahmanın, yeni düşüncə hərəkatının təməli olaraq dəyərləndirilir.

Hökümə Qurbanova

Hökümə Qurbanova 1913–cü ildə Bakıda tacir Abbasəli Qurbanov və Məlikət Maqomayevanın ailəsində dünyaya göz açıb. Məlikət xanım tanınmış bəstəkar Müslüm Maqomayevin doğma bacısı idi.

Rəşid Behbudov

“Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar” və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb.