Son əlavə olunanlar

Görkəmli şəxsiyyətlər

Səhnəmizin ən gözəl və ən uzunömürlü Leylisi

Ötən yüzilliyin birinci yarısında musiqimizin inkişafında, təbliğində böyük xidmətlər göstərmiş fədakar qadın müğənnilərimiz olub. Musiqisevərlər tərəfindən adları ehtiramla yad edilən Cahan Talışinskaya, Sürəyya Qacar, Münəvvər və Yavər Kələntərli bacıları, çətinliklə də olsa, Azərbaycan qadınının yüksək istedada, böyük mənəvi gücə qadir olduğunu göstəriblər. Bu sənət fədailəri arasında görkəmli müğənni, pedaqoq, Xalq artisti Həqiqət Rzayevanın xüsusi yeri var.

Ömər Xəyyam

Qiyasəddin Əbdül Ömər ibn İbrahim Əl-Xəyyam 1039-cu ildə Xorasan vilayətinin Nişabur şəhərində dünyaya gəlib. Ömrünün böyük hissəsini Səmərqənddə Əbu Tahir adlı saray əyaninin himayəsində elmi araşdırmalarda keçirib. Xəyyam kəlməsi ərəb dilindən tərcümədə “çadır quran” deməkdir. Ehtimal edilir ki, Ömər Xəyyam İran ərazisində yaşayan Xəyyamilər qəbiləsinə mənsub olub.

Tanınmış səyyah Berinq Vitus İonassen

Berinq Vitus İonassen (İvan İvanoviç) (1681-1741) - Danimarka əsilli Rus dənizçisi, Rusiya Dəniz Donanmasına xidmət etmiş kapitan-komandir olub. 

Məşədixanım Nemətova

Elm sahəsində dərin izlər qoymuş tarixçi-epiqrafist, şərqşünas, tarix elmləri doktoru  Məşədixanım Sədulla qızı Nemətova 5 yanvar  1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. 

Dünyaca məşhur uşaq illüstratoru Robert İngpen

Robert Roger İngpen, 1986-cı ildə uşaq kitablarında mükəmməl təsvirlərinə görə, uşaq ədəbiyyatı sahəsində ən nüfuzlu mükafat olan H.K.Andersen medalına layiq görülmüş görkəmli Avstraliyalı sənətkar, qrafik dizayneri, illüstrator və yazıçıdır. 

Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev də məhz belə şəxsiyyətlərdən biri kimi xalqımızın yaddaşında əbədiyaşarlıq haqqı qazanıb.