Son əlavə olunanlar

Xəbərlər

26 avqust- Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günüdür

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.  

19 avqust- Dünya Fotoqrafiya Günüdür

Fotoqrafiya-ünikal təzahürdür. Axı fotoşəkillərə biz maraqlı hadisələri, qəşəng mənzərələri ,sevdiyimiz insanları təkrarlanmayacaq hadisələri həkk edirik. Bu da imkan verir ki , keçmişə qayıdıb həyatımızın unudulmaz anlarını göz önündən keçirək.Fotoqrafiya təkcə maraq deyil o həm şövq həm peşə və hətta incəsənətdir.

Şəkidə “Yay məktəbi” təşkil olunacaq

3-5 avqust tarixlərində Şəki şəhər Uşaq İncəsənət Məktəbində 9-15 yaşlı uşaqlar üçün “Yay məktəbi” layihəsi həyata keçiriləcək.  

30 iyul - Beynəlxalq Dostluq Günüdür

Bu gün Beynəlxalq Dostluq Günüdür.  

29 iyul - Beynəlxalq Pələnglər Günüdür

Beynəlxalq Pələnglər Günü (Tiger International Day) 2011-ci ildən başlayaraq hər il iyulun 29-də qeyd olunur. Məqsəd bu heyvanların nəslinin kəsilməsinə və mühafizəsi probleminə ictimaiyyətin diqqətini cəlb etmək və əhalini məlumatlandırmaqdır.  

Valideynlərin nəzərinə: bəzi məktəblərdə 1-ci sinfə sərbəst qəbul başlayır

İyulun 29-u saat 11:00-dan etibarən tədrisi digər dildə aparılan bölmə üzrə uşaqların 1-ci sinfə elektron qəbulu prosesində üstünlük hüququ tətbiq edilən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan 5 məktəbdə boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.