Son əlavə olunanlar

Xəbərlər

İyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günüdür

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarı ilə 2010-cu ildə iyulun 28-i Ümumdünya Hepatitlə Mübarizə Günü elan edilib.  

27 iyul - Hamburgerin ad günüdür

İlk dəfə hamburger  iyulun 27-si, 1900-cü ildə Lui Lessinq tərəfindən hazırlanıb. Məhz o, iki bulka arasına bifşteks, kahı yarpağı qoyaraq öz doğma şəhəri olan Nyu-Xeyvendə satışa çıxardı. Ondan bir az sonra Layonel Şternberger hamburgerin arasına pendir əlavə edərək çizburgeri satışa çıxardı.   

Az kalorili, çox faydalı – pəhriz rasionunda moruğun əvəzsiz rolu

Yay mövsümünün ən sevilən giləmeyvələrindən olan moruq zəngin vitamin və mineral tərkibi, yüksək antioksidant xüsusiyyətləri ilə sağlam qidalanmada mühüm yer tutur. Bu meyvə orqanizmin immun sistemini gücləndirməyə, həzm prosesini yaxşılaşdırmağa və ürək-damar sağlamlığını qorumağa kömək edir.  

23 İyul – Ümumdünya Balina və Delfinlər Günüdür

1986-cı ildə Beynəlxalq Balinaovlama Komissiyası (International Whaling Comission: IWC) bu heyvanların 200 illik amansız şəkildə qırılmasından sonra balina sənayesinə qadağa qoymuşdur.

22 iyul- Dünya Beyin günüdür

Beyinlə əlaqəli xəstəliklərdən qorunma və beyin sağlığının önəminə diqqət çəkmək məqsədi ilə Dünya Nevroloqları Federasiyası  22 iyul tarixini Dünya Beyin günü kimi elan etmişdir.  

22 iyul Milli mətbuat və jurnalistika günüdür

Tarixin yaddaşına hopmuş hər bir mühüm hadisənin arxasında bir millətin dirçəlişi, maariflənməsi, özünüdərk yolu dayanır. Azərbaycan xalqının bu yolda atdığı ən əlamətdar addımlardan biri, şübhəsiz ki, 1875-ci ilin iyulunda “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşri ilə reallaşdı. Həmin gün yalnız bir qəzetin ərsəyə gəldiyi tarix deyildi, həm də milli özünüdərkin, fikir azadlığının və ictimai oyanışın başlanğıcı idi.