Canni Rodari. Görünməz Tonino
Bir gün Tonino dərsə hazırlıqsız gəlmişdi. Müəllimin ondan ev tapşırığını soruşacağından çox qorxurdu. Məktəbə yaxınlaşanda həyəcandan ürəyi tir-tir əsirdi. Öz-özünə düşündü: “Nə olaydı, görünməz olaydım, müəllim məndən dərs soruşmayaydı”.