Son əlavə olunanlar

Mədəni irsimiz

Oqtay Zülfüqarov

Oqtay Qədir oğlu Zülfüqarov 1929-ci ildə hakim ailəsində dünyaya gəlib. 1945-ci  ildə 1 saylı Musiqi Məktəbinin violonçel sinfinə qəbul olunan Oqtay yeddi illik musiqi məktəbini iki ilə başa vurub, A.Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirib. 

Azərbaycan memarlıgının nadir nümunələrindən biri - Qarabağlar türbəsi

Orta əsrlərə aid Azərbaycan memarlıq abidəsi olan Qarabağlar türbəsi Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qarabağlar kəndində yerləşir.     

Nəsirəddin Tusi

Xacə Məhəmməd Nəsirəddin Tusi 1201-ci il fevral ayının 17-də (597 hicri) Tus şəhərində tərbiyəçi ailəsində anadan olmuşdur. Mütəfəkkirin əsl adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı isə Həsəndir.     

«Molla Nəsrəddin» jurnalı

XX əsrin əvvəlləri Azərbaycanda təkcə neft bumu və vüsətli tikinti ilə deyil, həm də 1905-1907-ci illərin inqilabi hadisələri fonunda milli hərəkatın yüksəlişi ilə əlamətdardır. Bu dövr Azərbaycan ədəbiyyatı üçün də zəngin və mürəkkəb dövrlərdən biridir. Tarixi şəraitin mürəkkəbliyi və çətinliyi Azərbaycan ziyalılarının milli mədəniyyəti inkişaf etdirmək əzmini daha da qüvvətləndirirdi. Dövrün ən maraqlı mətbu orqanı isə «Molla Nəsrəddin» jurnalı idi.     

Təbriz xalçaçılıq məktəbi

Azərbaycan xalçaları arasında Təbriz məktəbinə məxsus olanlar kompozisiya baxımından mürəkkəbliyi, naxışlarının incə və nəfisliyi, ən başlıcası isə dinamikliyi ilə göz oxşayır. Bu xalça qrupu incə naxışlı kompozisiyalarla yanaşı, həm də süjetli xalçaların toxunması ilə seçilir (“Leyli və Məcnun”, “Ovçuluq”, “Dörd fəsil”, Dərvişlər” və s.). 

Şuşada Üzeyir Hacıbəyovun ev muzeyi

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun Şuşadakı ev muzeyi 1959-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Tarixi Muzeyinin, Mədəniyyət nazirliyi və Musiqi fondunun dəstəyi ilə fəaliyyətə başlayıb. Müstəqil struktur kimi muzey dörd otaqdan ibarət olub.